2013-cü ilin yekunlarına görə, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 34 milyard ABŞ dollarından çox olub (daha dəqiq göstərici 34 687 919.67 min dollar təşkil edib).
Oxu.Az xəbər verir ki, Azərbaycanın 2013-cü il xarici ticarət dövriyyəsi üzrə statistik məlumatlar Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilib.
Ötən il ümumi xarici ticarət dövriyyəsinin ölkələrdə nisbətən faizi belə olub: ABŞ – 3,9%, Rusiya – 7,4%, Türkiyə - 5,7%, Ukrayna – 2,5%, Gürcüstan – 1,9%.
İdxalın göstəriciləri ölkələr arasında belə olub: ABŞ - 376 485.63 min dollar, Rusiya – 1505 178.34 min dollar, Türkiyə - 1 463 804.78 min dollar, Ukrayna - 589 071.49 min dollar, Gürcüstan – 131 390.36 min dollar.
İxrac üzrə göstəricilər bu rəqəmləri təşkil edib: ABŞ- 990 279,86 min dollar, Rusiya - 1 077 844,51 min dollar, Türkiyə - 1 463 804,78 min dollar, Ukrayna - 589 071,49 min dollar, Gürcüstan - 519 175,93 min dollar.
2013-cü ildə xarici ticarət üzrə profisiti (idxalın ixracdan artımı) Amerika Birləşmiş Ştatları və Gürcüstanla ticarətdə müşahidə olunub: ABŞ ilə - 613 794.23 min dollar , Gürcüstan ilə - 387 885.57 min dollar
Rusiya, Türkiyə və Ukrayna ilə ticarət balansı mənfidir. Bu, o deməkdir ki, ötən il ərzində bu ölkələrdən Azərbaycana idxal ixracdan daha çox olub.
Gülnarə Zeynalova
www.oxu.az