2014-cü ildə respublika üzrə boru nəqliyyatı vasitəsilə nəql olunan yüklər istisna olmaqla, 158,2 milyon ton yük və 1,6 milyard nəfər sərnişin daşınıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, yüklərin 21,5 milyon tonu dəmir yolu, 9,7 milyon tonu dəniz, 126,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb.
Xatırladaq ki, limanlarda 11,7 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib.
www.oxu.az