2015-ci ildə Azərbaycanda inflyasiya 2-3% səviyyəsində hədəflənir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Məlumatda Mərkəzi Bankın pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcəyi qeyd edilir.
Qeyd edək ki, bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək.
www.oxu.az