2016-cı ildə neft bazarında tarazlıq yaranacaq.
Oxu.Az Ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Energetika naziri Suxeyl əl Məzrui deyib.
Nazir hesab edir ki, neft bazarında tələb və təklif arasında balans iqtisadi vəziyyətdən asılı olaraq bu ilin sonuna və ya gələn ilin əvvəllində baş verəcək.
O, həmçinin qeyd edib ki, ABŞ-ın ölkədən neft ixracına qoyulan embarqonu aradan qaldırması bazara əhəmiyyətli təsir göstərməyəcək.
“Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) 2014-cü ilin sonunda neftin qiymətinin düşməsinə cavab olaraq hasilat həcminin azaldılmamasına dair qəbul etdiyi qərar 2 il müddətinə hesablanıb. O vaxtdan 1 il keçib və qərar hələ 1 il də qüvvədə qalmalıdır”, - deyə nazir qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az