Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2021-2023-cü illərdə azad edilmiş ərazilərə büdcədən ayrılan vəsaitin məbləği açıqlanıb
Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə təqribən 32 milyard manat məbləğində vəsait tələb olunur. 2021-2023-cü illərdə dövlət büdcəsindən bu məqsədə 12,1 milyard manat vəsait ayrılıb.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, 2023-cü ildə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib, bu ərazilərdə Azərbaycan Ordusunun, fövqəladə hallar, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, ərazilərdə minatəmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun qurulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub.
Ötən il dövlət büdcəsindən azad edilmiş ərazilərin yenidən qurulması üçün 5 milyard 588 milyon manat vəsait ayrılıb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"