Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı - VİDEO
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.
“Report” xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
Mövzuya aid xəbərlər
- Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB + VİDEO
- Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”
- Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən AÇIQLAMA
- Ermənistan azərbaycanlı əsgərə cinayət işi açdı
- Laçında azan hərbçimizin anası: “Dünən danışdım onunla, dedi ki, hər şey yaxşıdır” - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər