Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlon Maskı məhkəməyə verdilər: 128 milyon dollar istənilir
“X”in (keçmiş “Twitter”) sabiq dörd meneceri şirkətin sahibi İlon Maskı məhkəməyə verib. Onlar işdən çıxma təzminatı qismində 128 milyon dollardan çox pul tələb ediblər.
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.
Nəşrin məlumatına görə, Kaliforniya Federal Məhkəməsinə üz tutan iddiaçılar - şirkətin keçmiş baş direktoru Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned Seqal, keçmiş baş hüquqşünas Vicaya Qadde və keçmiş baş hüquq məsləhətçisi Şon Edcetdir.
Bildirilir ki, Mask onları kobud səhlənkarlıq və nizam-intizamı qəsdən pozduqlarına görə işdən çıxarıb.
Şirkətin keçmiş işçiləri bu ittihamları rədd edirlər. Onlar hesab edirlər ki, Mask işdən çıxma haqqını ödəməmək üçün onları uydurma səbəblərə görə işdən çıxarıb.
Rəylər