Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
2024-cü ilin ən fəal sahibkarlarına mükafatlar təqdim edilib
2024-ci il üzrə "Dayaq" mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, sahibkarlar, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə 2024-ci ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə "Dayaq" mükafatları təqdim edilib.
Sahibkarlar "Turizm", "Fəal xarici şirkət", "Fəal ixracatçı şirkət", "Uğurlu fermer", "Gənc sahibkar", "Uğurlu qadın sahibkar", "İlin investoru", "Əlillik məhdudiyyət deyil", "İnnovativ həllər", "Uğurlu startap", "Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət", "Halal biznes", "Azad olunmuş ərazilərdə uğurlu biznes", "Yaşıl biznesin təşviqi" və "Təmiz ətraf mühit və yaşıl artım" nominasiyaları üzrə mükafatlandırılıblar.
2024-ci il üzrə "Dayaq" mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq üç ildir ki, biznes nümayəndələrinə "Dayaq" mükafatı təqdim edilir.
Xatırladaq ki, "Dayaq" mükafatı KOBİA tərəfindən 2022-ci ildə təsis edilib.
Məhərrəm Əliyev
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"
- Nazir müavini: "Özəl sektorda əmək müqavilələrinin payı 2018-ci ildəki 37.1%-dən 52.4%-ə çatıb"
- İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib
- "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib