Bu ilin birinci rübündə Azərbaycanda 20 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumatda qeyd olunur ki, Baş idarənin əməkdaşları tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 21 038 avtomobil ilkin qeydiyyata alınıb, 18 min 772 ilkin sürücülük vəsiqəsi verilib.
Сari ilin elə həmin üç ayında respublika ərazisində 523 yol qəzası baş verib. Nəticədə 232 nəfər ölüb, 499 nəfər yaralanıb.