Azərbaycanda məhkumların əl işləri və müəssisələrdə istehsal olunan məhsulların nümunələri təqdim olunub.
Oxu.Az Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, onların arasında ağacdan nəfis şəkildə hazırlanmış müxtəlif məhsullar - mücrülər, kətillər, nərd taxtaları, mebel, məişətdə istifadə olunan qablar, dəmir məhəccərlər, geyim formaları, çarpayılar, təsbehlər, seyf, xalçalar və digər toxuculuq məhsulları və s. əl işləri var.