Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolun bağlanması ilə əlaqədar xəbərdarlıq edib.
NİİM-dən Oxu.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır.
Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmələri tövsiyə olunur.
