Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nobel prospekti 9 ünvanında yerləşən yaşayış binasının damından özünü ataraq intihar edən qadının Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mətanət Məmməd qızı Abbasova olması müəyyənləşib. Qadının intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
19:01 01.07.2014
Bu gün saat 18:00 radələrində Bakının Nobel prospektində yerləşən binalardan birinin qarşısında naməlum qadın meyidi aşkarlanıb.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qadının intihar etdiyi bildirilir.
Qadının şəxsiyyəti və nə üçün intihar etdiyi məlum deyil. Hadisə yerinə polislər çağrılıb, araşdırma aparılır.