Keçmiş futbolçu Devid Bekhem təmsil etdiyi kişi alt geyimlərini istehsal edən “H&M” brendi üçün kamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 2012-ci ildən etibarən şirkət ilə işbirliyinə start verən Devid yeni kolleksiyanı nümayiş etdirib. Bekhem ilk zamanlarda ancaq alt geyimlərini reklam etsə də bu dəfə ev üçün nəzərdə tutulan şortlar, şalvarlar və köynəkləri də əyninə geyinərək kamera qarşısına keçib. Futbolçu öz fikirləri və stilini önə çəkərək bəylər üçün qışa hazırlıq olaraq pambıq və yundan hazırlanan ev gödəkçələrini də göstərib.
Qeyd edək ki, “H&M”in yeni kolleksiyası avqustun 21-dən etibarən saytda onlayn satışa çıxarılacaq.
Devid Bekhemin yeni fotosessiyasını sizə təqdim edirik: