Dünya bazarlarında neftin qiyməti ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişmədikdən sonra sürətlə artmağa başlayıb.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,58% bahalaşaraq 38,04 dollar təşkil edib.
Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 3,67% artaraq 40,16 dollara çatıb.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% -də saxlayıb.