Dünya bazarlarında neftin qiyməti ABŞ-ın ehtiyatlarının azalması barədə məlumatlardan sonra bahalaşmaqda davam edir; Brent markalı neft mayın 2-dən ilk dəfə olaraq bir barelə görə 47 dollarlıq həddi keçib.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Saat 19:07-ə olan məlumata əsasən, Şimal dənizi neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barelə görə 2,66% artaraq 47,03 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,15% bahalaşaraq 45,62 dollar olub.