Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ İrandan neft almağı qadağan edir
ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyi açıqlama yayıb.
Noyabrın 4-nə qədər müttəfiq ölkələrin, eləcə də, şirkətlərin İrandan neft idxalını dayandırması qeyd olunub. Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.
O da məlum olub ki, tələb Çin, Hindistan, eləcə də, Türkiyə kimi İrandan neft idxal edən ölkələrə aiddir.
Bu açıqlamadan sonra dünya bazarında neftin qiyməti yüksəlməyə başlayıb.
Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp İranla bağlanmış nüvə müqaviləsindən çıxdıqlarını bəyan etmişdi.
ABŞ-ın Xəzinə Nazirliyi isə İrana qarşı sanksiyaların 90-180 gün arasında yenidən tətbiq ediləcəyini bildirmişdi.
L.Ə.
www.oxu.az
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var