ABŞ-da istiqraz hərraclarına tələb azalıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, onillik istiqarazlara tələb 2009-cu ilin oktyabr ayından bu yana ən aşağı səviyyəyə düşüb.
Bəzi investorlara görə, tələbin azalması ABŞ-ın büdcə defisitinin artması və FES-in faizləri artırması şəraitində baş verir.
Qeyd edək ki, ABŞ hökümətinin maliyyə ehtiyacları xeyli müddətdir artmağa başlayıb. Tramp hökümətinin tətbiq etdiyi vergi güzəştlərinin nəticəsi olaraq büdcənin defisiti artmağa başlayıb. Büdcə kəsirinin 1 trilyon dollar çatacağı proqnozlaşdırılır.
L.Ə.
www.oxu.az