ABŞ 2018-2025-ci illərdə öz strateji neft ehtiyatlarından milyon barel satmağı planlaşdırır, bu barədə Ağ Evin saytında dərc edilmiş müvafiq qanun layihəsinə istinadən Bloomberg məlumat yayıb.
Oxu.Az xəbər verir ki, neft ehtiyatlarını açmaq barədə qərarı Vaşinqtonda bazar ertəsinə keçən gecə respublikaçı və demokratlar arasında əldə edilən büdcə razılaşması ilə əlaqədardır.
Neft ehtiyatlarından ildə 5 milyondan 10 milyon hesabı ilə 58 milyon barel realizə ediləcək.
İndi ABŞ ehtiyatlarında 695 milyon barel neft var, onlardan 8%-ni satmağı planlaşdırırlar. Qanun layihəsinə müvafiq olaraq, əldə edilən gəlirlər Maliyyə Nazirliyinin ümumi fondunda saxlanılmaq üçün veriləcək.
Satış tərəfdarı olanlar ABŞ-ın ölkədə neft hasilatının artması fonunda belə nəhəng ehtiyatlara ehtiyacı olmadığını bildiriblər.
Bu, ABŞ-ın tarixdə öz neft ehtiyatlarını açması kimi ikinci haldır. Bu ehtiyatlar ərəb istehsalçılarına qarşı 1973-74-cü illərdə ilk neft böhranından sonra yaradılıb. İlk dəfə neft ehtiyatı 1991-ci ildə İran körfəzi müharibəsi zamanında istifadə edilib. Amerikanın ehtiyatları dünyada ən iri ehtiyatlardır.
www.oxu.az