Miçiqan ştatındakı Arte De Mundo qalereyasında keçirilən “Dünya incəsənəti” ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də nümayiş etdirilib. Rəssamın “Twirling”, “Shabi", “Hicran”, “Impressiya”, “Yaz təranələri”, “Gecənin mistikası" əsərləri orijinal və rəqəmsal sürətində nümayiş olunub.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əfəndi 3 il əvvəl Arte De Mundo qalereyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Qalereyanın rəhbəri Vircinya Ximenez dəfələrlə rəssamın əsərlərini beynəlxalq ekspozisiyalarda nümayiş etdirib.
Rəssamın Amerikada ilk fərdi sərgisi 2005-ci ildə Montana ştatının Biqfork şəhərində keçirilib. 2014-cü ildə o, Sandro Bottiçelli adına İtaliya mükafatının laureatına sahib olub.