Reklam SMS-lərinin kütləvi yayılmasına qarşı olan abunəçilər birbaşa xidmət sahibinə müraciət etməlidirlər. Burada problemli heç nə yoxdur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazirin qeyd etdiyinə görə, abunəçilərin əksəriyyəti belə qısa mesajlara qarşı deyillər.
Mobil operator abunəçinin şikayətini məcburi şəkildə təmin etməlidir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq tənzimləmə sənədini hazırlayıb.
E.Ə.