Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov lisenziyası ləğv edilmiş bankların əmanətçilərinə çağırış edib.
Oxu.Az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında A.Cavadov qeyd edib ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi zamanı ən çox üzləşdikləri problem şəxsiyyət vəsiqələrinin dəyişilməməsi ilə bağlı olub.
“Əmanətçinin şəxsiyyət vəsiqəsi, PİN kodu düz deyil. Ad və soyadı, doğum tarixi düzgün qeyd edilməyib. Ən çoxu da şəxsiyyət vəsiqəsini dəyişməyib. Bütün bunlar düzgün formada Fonda təqdim edilməlidir. Bu cür əmanətçilər ilə bağlı məsələlər dəqiqləşdirildikdən sonra, onlar kompensasiya alan əmanətçilər sırasına daxil edilir. Bu “Bank of Azerbaijan”, “Gəncəbank” da da belədir”.
“Ləğv edilmiş bankların əmanətçiləri kompensasiya almamışdan öncə, bu məsələləri həll etməlidirlər. Onlar isə kompensasiya prosesi başladıqdan sonra bu addımı atırlar. Ona görə də, kompensasiya alınmasında gecikmələr olur”, - deyə o qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az