Qələm sahiblərinin şəxsi təşəbbüsü ilə AGBank-da bir sıra yerli mətbuat nümayəndələri üçün “açıq qapı günü” təşkil olunub.
Bankın baş ofisinə qonaq gələn jurnalistlər Müştəri Xidmətləri Mərkəzi, İnsan Resursları Departamenti və Kredit şöbəsinin əməkdaşları ilə tanış olaraq bankda iş prosesinin şahidi olublar.
İşin çoxluğuna baxmayaraq əməkdaşlar, banka təşrif buyuran qələm əhlinin bütün suallarını böyük maraqla cavablandırıb, qonaqlar üçün hər zaman qapılarının açıq olduğunu vurğulayıblar.
Baş ofisdən ziyadə, mətbuat nümayəndələri AGBank-ın “Elmlər” filialına da baş çəkiblər.
Filial müdiri Rüfət Allahverdiyev qonaqların bütün suallarını məmnuniyyətlə cavablandırdıqdan sonra mətbuat nümayəndələri ilə xatirə şəkili çəkilib.
AGBank-ın qapılarından içəri girən hər bir şəxs bizim ən hörmətli və əziz qonağımızdır!
Qapılarımız hər zaman Sizə açıqdır!