Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Agentlik sədri aviareyslərin sayından DANIŞDI
“Bu ilin altı ayı ərzində Özbəkistana təşkil edilən təyyarə reyslərinin sayı, bütövlükdə ötən il ərzində həyata keçirilən aviareyslərin sayı ilə eynidir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.
Onun fikrincə, Orta Asiya ölkələrinə təşkil edilən birbaşa reysləri effektiv adlandırmaq olar.
F.Nağıyevin sözlərinə görə, prioritet olaraq müəyyən edilən 28 ölkə var ki, həmin yerlər Azərbaycanın turizm bazarı hesab edilir:
“Bu, Avrasiya kontinentini əhatə edir. Avropanın müəyyən ölkələri də bizim hədəfimizdədir. Bundan başqa, Yaxın Şərq ölkələrindən, qonşularımızdan, eyni zamanda Cənubi Asiya, Şərqi Asiya istiqamətindən biz daha çox turist cəlb etməyi nəzərdə tuturuq.
Turistləri cəlb etmək üçün birbaşa reyslərin olması mütləqdir. Biz AZAL-ın bizim prioritet hesab etdiyimiz bazarlara birbaşa uçuşlar açmasını və uçuşların sayının artırılmasını təqdirəlayiq hal hesab edirik”.
İlhamə Əbülfət
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
- Tərlan Əhmədov: "Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam"