“Şərq tərəfdaşlığı” sammiti Cənub qaz dəhlizinin yaradılmasını dəstəkləyəcək, bu qaz kəməri Rusiyadan yan keçərək Aİ-ni Xəzər regionu ilə birləşdirəcək, eləcə də qazı Ukraynaya istiqamətləndirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS sammitin yekun bəyanatına istinadən xəbər verir.
Deklarasiyanın qaz bölməsinin mətni sammitə hazırlanan layihə ilə müqayisədə dəyişdirilməyib.
Sənəddə qeyd edilir ki, sammit iştirakçıları, eləcə də Aİ daxilində, həmçinin Aİ və “Şərq tərəfdaşlığı” ölkələri arasında qaz və elektrik infrastrukturunun birləşdirilməsini dəstəkləyir (yerli təyinata malik qaz kəmərləri və elektrik ötürücüləri).
Sənədə müvafiq olaraq, görüş iştirakçıları “enerji infrastruktur layihələrinin inşasında, yaradılmasında xüsusi rolun Azərbaycana məxsus olduğu Cənub qaz dəhlizi də daxil olmaqla inkişafı alqışlayırdılar”.
Sammit iştirakçıları Cənubi Qafqaz, Transanadolu və Transadriatik qaz kəmərlərinin genişləndirilməsi üzrə davam edən işləri də dəstəkləyiblər.