“Eurovision”un rəsmi səhifəsində Azərbaycanın builki təmsilçisi Elnur Hüseynovla bağlı “Sözsüz Elnur...” adlanan fotolayihə yer alıb.
Oxu.Az xəbər verir ki, ifaçı fotoqraf Serg İllinin fotokamerası qarşısında özünün müxtəlif situasiyalara – “yuxudan duranda”, “səhnəyə çıxanda”, “təəccüblənəndə”, “sevəndə”, “içkili halda”, “qələbə qazananda” olan reaksiyasını nümayiş etdirib.
Qeyd edək ki, bu gün keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin final mərhələsində Elnur Hüseynov 24-cü çıxış edəcək.