Azərbaycanda ailə kommersiya fermer təsərrüfatları yaratmaq olar.
Oxu.Az xəbər verir ki, Dünya Bankının (DB) eksperti Sandra Broka belə bir təkliflə çıxış edib.
Ekspert orta sinif fermerlərin inkişafına diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycanın kənd təsərrüfatı sektorunun əsas problemi ondan ibarətdir ki, fermer təsərrüfatlarının ərazisi orta hesabla beş hektardan çox deyil.
“Bu, o deməkdir ki, fermer bazara az həcmdə məhsul çıxara bilər. Həmçinin, bəzən keyfiyyət də aşağı səviyyədə olur. Kiçik fermerlər maliyyə və qabaqcıl texnologiyalara çıxışla bağlı problemlərlə üzləşirlər”.
Ekspert hesab edir ki, ölkədə ailə kommersiya fermer təsərrüfatları yaratmaqla problemi həll etmək mümkün ola bilər:
“Onlar məhsulun istehsal həcminin artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün bir-biri ilə birləşə bilərlər. Bu addım həm də fermerlərin maliyyə və ən yeni texnologiyalara çıxışını asanlaşdıracaq”.
İlhamə Abdullayeva
www.oxu.az