Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"AIM Congress"in Beynəlxalq Startap Yarışmasında ölkəmizi bu startap təmsil edəcək
İllik İnvestisiya Toplantısı ("AIM Congress") çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, müsabiqəyə təqdim edilmiş 44 layihə arasından seçilən "CLIMASEL" layihəsi "AIM Congress"in Milli Turunun qalibi kimi ölkəmizi 7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təmsil edəcək. Binalar üçün ağıllı panel istahsalı layihəsi olan "CLIMASEL" dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunaraq, investisiya qazanmaq şansı əldə edəcək.
Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startapın seçilməsi məqsədilə cari ilin fevral-mart aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Milli Tur keçirilib. Müsabiqəyə yaşıl texnologiya, kibertəhlükəsizlik, mobillik, əlavə edilmiş və virtual reallıq, sağlamlıq texnologiyası kimi sahələr üzrə 44 layihə təqdim edilib. Münsiflər heyəti tərəfindən milli turun qalibi kimi "CLIMASEL" seçilib. "CLIMASEL" "AIM Congress" çərçivəsində tədbirin sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaq.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- "PAŞA Holding"in dəstəyi ilə Göylər kəndində yeni sosial müəssisə istifadəyə verildi
- Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində
- KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgi və yarmarkalarda iştirakına dəstək göstərib
- Daha dörd sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib
- Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır