“Buta Stone” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, MMC kredit borcunun ödənilməsini tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, Azərbaycanda tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən “Akkord” 2005-ci ildə təsis edilib.