Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə balıqçılıq təsərrüfatlarının uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi dövlət qeydiyyatına alındığı günə qədər hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirməlidir.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi
- Təcili tibbi yardım avtomobillərindən ibarət "qəbiristanlıq"la bağlı RƏSMİ AÇIQLAMA
- Qanunsuz ağackəsmə - Təbiətə 65 min manatdan çox ziyan dəyib
- Gədəbəyin Qızıl qala meşəliyində yanğın olub
- Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb