Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ali Məhkəmə: "Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır"
Ali Məhkəmə kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib.
"Report"un məlumatına görə, qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür.
Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir.
Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Hansı hallarda cinayətə görə cəzadan daha yüngülü təyin edilə bilər?
- Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər
- Bakı Hərbi Məhkəməsinin hakimi vəfat edib
- Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldılıb
- Dövlət Xidmətinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxsləri ilə bağlı qərar verilib