Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
- Qanunvericilik bazası olmayan bankçılıq sahələri hansılardır?
- Ruslan Talıbov: "31 şirkət lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib"
Ən çox oxunanlar