Biz gömrük statistikasını diqqətlə izləyirik. Yanvar ayının nəticələri var. Biz hazırda fevral statistikasının çıxmasını gözləyirik. İdxalın azalması müşahidə edilir. Azərbaycana idxal azalır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov bildirib.
“Bütövlükdə bu yeni idxal dinamikasına uyğun olaraq, ölkənin valyuta balansının proqnozu həyata keçirilir. Bu proses gedir. Hələlik biz fevral və mart statistikalarının çıxmasını gözləyəcəyik. Bizim proqnozlar göstərir ki, təxmini balans var.
Bu isə onu göstərir ki, bütövlükdə manat özünün dayanıqlı məzənnəsini “üzən məzənnə” rejimində axtaracaqdır. Bir daha vurğulayıram, AMB-in əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişikliyinin qarşısını almaqdır”, - deyə o qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az