Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin Avtomobil Şurasının 6-cı Sessiyası keçirilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər.
Sessiyada MDB məkanında “Beynəlxalq avtonəqliyyat xidmətləri bazarının inkişafının əsas istiqamətləri haqqında” MDB Hökumət Başçıları Şurasının müvafiq qərarının yerinə yetirilməsinin vəziyyəti, MDB üzv ölkələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində əməkdaşlığın cari vəziyyəti haqqında məlumat mübadiləsi, beynəlxalq yük və sərnişin daşımalarının inkişafının təşkili qaydaları və yolları, MDB üzv ölkələrinin beynəlxalq avtomobil daşıyıcılarının peşəkarlıq səviyyələrinə və əlavə təlimlərinə tətbiq olunan tələblərin həyata keçirilməsinin vəziyyəti və beynəlxalq əlaqələr sahəsində digər aktual məsələlər müzakirə edilmiş və müvafiq Bəyanat qəbul edilib.
Tədbirdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri İbrahim Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin Fəxri Fərmanı ilə təltif edilib.