Martın 23-də Ankarada Böyük İyirmiliyə ( G20) daxil olan ölkələrin kənd təsərrüfatı nazir müavinlərinin birinci iclası keçirilib.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“İclasda dayanıqlı ərzaq sistemləre nail olmaq istiqamətində G20 ölkələrinin əsas prioritetlərini ehtiva edən kommünikenin ilkin layihesi müzakirə olunub, sənəd layihəsinin məzmunu ətrafında fikir mübadiləsi aparılaraq müvafiq təkliflər səsləndirilib. Tədbirdə nazirlərin görüşünə qədər sənəd layihəsinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb”-nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, iclasda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və Nazirlik Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Zaur Əliyevdən ibarət nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, iclas Türkiyənin Böyük İyirmiliyə (G20) sədrliyi çərçivəsində 2015-ci ilin may ayında keçiriləcək G20 kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədi daşıyır.