Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə yeni təyinat baş tutub. Məlumata görə, Leyla Məmmədova Agentlikdə sədr müavini vəzifəsini icra edəcək.
Bu barədə Oxu.Az-a Agentlikdən məlumat verilib.
Qeyd edək ki, o bundan əvvəl Nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü olub.