2025-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Oxu.Az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, bu sektorda fəaliyyət göstərən şəxslərə 4563 müraciət üzrə 89.8 milyon manat məbləğində güzəştli kredit verilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə kredit alanların sayı 32.7 faiz, kredit məbləği isə 39.4 faiz çoxalıb.
Ayrılan məbləğin təyinat üzrə bölgüsü göstərir ki, texnika və avadanlıq kreditləri 51.1 milyon manat təşkil edib və bu göstərici 5,8 faiz yüksəlib. Güzəştli kreditlər 19.9 milyon manat olub ki, bu da 18.1 dəfə artımı əks etdirir. Mikrokreditlər isə 18.8 milyon manat təşkil edərək 25.3 faiz yüksəliş göstərib.
Elmidar Əliyev