“Aqrolizinq” ASC Gəncə zavodu ilə kənd təsərrüfatı texnikasının alınması üçün 14,89 milyonluq müqavilə bağlayıb.
Oxu.Az Bakupost.az-a istinadən bildirir ki, bu barədə cəmiyyətin sədri Əli Bayramov rəsmi mətbuatda dərc edilmiş məqaləsində danışıb.
Müqavilə çərçivəsində 2014-cü ildə Gəncə zavodunda istehsal edilən, “Belarus” markalı 464 traktor almaq nəzərdə tutulub. Müqavilənin dəyəri 13,68 milyon manatdır.
Bundan başqa cəmiyyətin zavoddan 460 kotan alacaq müqavilənin dəyəri 1,21 milyon manatdır.
Ə.Bayramov qeyd edib ki, cari ildə “Aqrolizinq” 300-dən artıq taxılyığan kombayn, 700-ə yaxın kənd təsərrüfatı texnikası əldə etmək fikrindədir. Eləcə də 10 min ton azot gübrəsi alınacaq, bu isə 3,5 milyona başa gələcək.
Cəmiyyətin başçısı qeyd edib ki, “Aqrolizinq” 707 ədəd kənd təsərrüfatı texnikasını, o cümlədən 119 taxılyığan kombayn, 224 traktor, 364 traktor qoşqusu, 9,34 min ton gübrəni alıb və əhaliyə verilməsi ilə məşğuldur.
“Aqrolizinq” ASC-nin fəaliyyətini dəstəkləmək üçün 2014-cü il dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, “Aqrolizinq” ASC Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.