“Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq hazırlıq işləri həyata keçirir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, artıq bir sıra sahibkar və vətəndaşlar qaydalara əməl ediblər:
“Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Bu il Qurban bayramı günlərində ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq”.
O qeyd edib ki, satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq:
“Regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək”.
İlhamə Əbülfət