“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) noyabrın 28-də Boeing-787 “Dreamliner”in (“Arzuların layneri”) Bakıya gətirilməsini gözləyir, bu barədə QSC-nin mətbuat xidməti bildirib, Oxu.Az xəbər verir.
QSC iki “Boeing-787 Dreamliner” sifariş edib. İkinci “Boeing-787 Dreamliner”in gətirilməsi 2015-ci ilin əvvəlinə planlaşdırılır (Trend).
Hal-hazırda AZAL parkı “Boeing 757-200”, “Boeing 767-300”, “Airbus 319”, “Airbus A320”, “Airbus A340-500”, “Embraer ERJ 170-100LR” və “Embraer ERJ 190-100” təyyarələrindən ibarətdir.