Qazaxıstanın SCAT aviaşirkəti avqustun 25-dən bütün beynəlxalq istiqamətlərdə tariflərin məcburi olaraq 20% bahalaşdırıldığını bildirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, tariflər Qazaxıstanın azad məzənnə siyasətinə keçid ilə əlaqədardır.
“Şirkətin qərarı aviasiya sahəsinin spesifikliyi ilə əlaqədardır. Burada reyslərin xərclərinin əksəriyyəti, təyyarələrin texniki xidmətinin, personalın tədrisinin və aviaşirkətin digər xərcləri ABŞ dolları ilə ödənilir.
Cari tədbir şirkətin gəlirinin artırılmasına yönəlməyib, belə ki, təngənin dollara nisbətinin qeyri-stabil məzənnəsi ilə əlaqədar bütün xərcləri ödəyə bilmir”, - məlumatda qeyd edilib.
Aviadaşıyıcı tariflərin 20% qaldırılması yalnız beynəlxalq reyslər ilə əlaqədar xərclərin bir hissəsini təmin edir.
SCAT – Qazaxıstanın ən iri aviadaşıyıcılarından biridir. Şirkət Astana-Bakı-Astana istiqamətində reyslər həyata keçirir.
Xəbər verildiyi kimi avqustun 20-də Qazaxıstan təngənin azad məzənnə rejiminə keçib.