“Atəşgah Sığorta” şirkəti 2016-cı il üzrə maliyyə nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, şirkətdən Fins.az-a verilən məlumata görə, cəmi gəlirləri 7,4% azalaraq 42,601 milyon manat, cəmi xərclər isə 6,6% azalaraq 42,228 min manat təşkil edib.
2015-ci ildə sığorta şirkətinin cəmi gəlirləri 46,037 milyon manat, cəmi xərcləri isə 45,252 milyon manat olub.
Sığorta şirkətinin xalis mənfəəti ötən il 2,1 dəfə azalaraq 298,232 min manat olub. Halbuki 2015-cı ildə sığorta şirkəti 627,422 manat xalis mənfəət toplamışdı.

E.Ə.
www.oxu.az