Avropa Mərkəzi Bankı faizi dəyişdirməyib, aktiv alışları azaldıb.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) bugünkü iclasında faiz dəyişikliyinə getmədi və qiymətli kağızların alışı proqramını 60 milyard avroya endirib.
Bank uçot dərəcəsini 0,00%-də, depozit hesabı isə 0,40%-də saxlayıb. İqtisadçılar da faizlərin dəyişdirilməyəcəyini gözləyirdilər.
İndi nəzərlər AMB-nin sədri Mario Draqinin keçirəcəyi mətbuat konfransında verəcəyi açıqlamalara yönəlib.
U.A.
www.oxu.az