Avropa Rekonstruksiya və İnkişaf bankı cari ildə Azərbaycanda layihələrə ümumi məbləği 300 milyon dollar olan kredit ayıracaq.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə müsahibə zamanı ARİB-in Bakı ofisinin rəhbəri Nil Makkey deyib.
Keçən il ARİB Azərbaycanda 17 layihənin maliyyələşdirilməsinə 163 milyon avro ayırıb.
Azərbaycan, bankı ölkənin özəl sektorunu daha fəal dəstəkləməyə, əsasən də aksioner kapitala investisiya yatırılmasına və şirkətlərin birbaşa kredit həcminin artırılmasına, o cümlədən də korporativ idarəçiliyin inkişafına, layihələrdə aparıcı beynəlxalq təcrübənin, texnologiyaların və nou-xau tətbiqi yolu ilə fəaliyyətin genişləndirilməsinə çağırıb.
Bununla yanaşı ARİB il ərzində Azərbaycanda iki yeni kredit xətti açmağı nəzərdə tutub.
“Birinci xətt çərçivəsində ölkənin üç bankına enerji effektivliyi sahəsində kiçik və orta biznesi maliyyələşdirmək üçün vəsait ayrılacaq. İkinci xətt qadın sahibkarları dəstəkləmək üçün nəzərdə tutulub”, - Makkeyn deyib.
Onun sözlərinə görə, bütün bu tədbirlər ARİB-in Azərbaycanda fəaliyyətinə dair aprel ayının sonunda qəbul edilmiş yeni strategiyanın bir hissəsidir. (Trend)