Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə kreditin ayrılmasını təsdiq edib.
Oxu.Az xəbər verir ki, layihəyə 500 mln. avro kredit xətti açılıb.
Qeyd edək ki, layihənin ümumi dəyəri 4,5 milyard avro təşkil edir.
Nəzərə çatdıraq ki, TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq.
Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 37 düym).