Aİ təbii maye qazın nəqli və saxlanılması üzrə strategiya hazırlayır, eləcə də Rusiyadan enerji resurslarının nəqlindən asılılığı aradan qaldırmaq üçün yeni qaz kəmərlərinin tikilməsi ilə məşğul olur.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madriddə keçirilən Transadriatik Qaz Kəmərinə (TAP) həsr edilən görüşdə energetika üzrə Avropa komissarı Migel Arias Kanyete bildirib.
“TAP- bu, reallıqdır. Artıq lazımi icazələr alınıb və həm Yunanıstanda, həm də İtaliyada ətraf mühitin qorunmasına dair problemlər həll edilib, ona görə də TAP irəliləmə fazasındadır”, - Kanyete bəyan edib.
“Marşrutların və təchizatçıların diversifikasiyası enerji ittifaqı üçün prioritet olmalıdır”, - Avropa komissarı deyib.
“Bizim rəqabətqabiliyyətli bazarımız var və bu alternativ ənənəvi təchizatçı və Rusiyadan asılı ola bilər”, - Kanyete bəyan edib və xatırladıb ki, Rusiyadan qaz çatdırılmasından Aİ-nin 28 üzvündən 6-sı tamamən asılıdır.
Onun sözlərinə görə, energetika sahəsində Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan, Yaxın Şərq, Afrika kimi strateji müttəfiqlər və digər mümkün təchizatçılar ilə münasibətləri yaxşılaşdırmaq lazımdır.
“Bu məqsədlərə çatmaq üçün Aİ üzvlərini dəstəkləyəcəyik ki, onlar konkret layihələr vasitəsilə alternativ təchizatçılara çıxış əldə edə bilsinlər”, - Kanyete bəyan edib.