Neftin qiymətinin aşağı düşməsi regiona təsirsiz ötüşməyib.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnvestisiya Forumunda çıxışında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) aparıcı iqtisadçı eksperti Dmitri Qvindadze bildirib.
Onun sözlərinə görə, manatın ucuzlaşması orta və qısa müddətdə Azərbaycan üçün orta mövqeye malikdir.
“Dövlət Neft Fondunda azalmalar baş verdi, amma manatın ucuzlaşması qeyri-neft sektorunun inkişafına təkan verəcək. Bizim də burada toplaşmağımıza səbəb məhz bu amildir”, - deyə Qvindadze bildirib.
Ülviyyə R. Əli
www.oxu.az