Bu gün Bakıda Azərbaycan İnvestisiya Forumu öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, forumda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, “The Economist” jurnalının redaktoru Con Endryus, gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı eksperti Dimitri Qvindadze və digər yerli və xarici qonaqlar iştirak edir.
Forumun keçirilməsində məqsəd neftin ucuzlaşması fonunda neftdən asılılığın azaldılması yollarını müəyyən etməkdir.