Avropa Komissiyası (AK) iyul ayında iştirakçı ölkələr ilə “Cənub axını” qapalı layihəsinin fəaliyyət planını razılaşdırmağa ümid edir. Bu fəaliyyət planı gələcəkdə ən azı üç qaz mənbəsini təmin edəcək, bu barədə AK enerji ittifaqının vitse-prezidenti Maroş Şefoviç bəyan edib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Mən ümid edirəm ki, bunun həqiqətən baş verdiyindən əmin olmaq üçün, iyulda fəaliyyət planını razılaşdıra biləcəyik”, - o, Riqada konfrans zamanı deyib.
Avropa İttifaqında hal-hazırda enerji ittifaqı formalaşır, bu həm də Aİ-nin regionda istifadə edilən “mavi yanacağın” üçdə birini təşkil edən Rusiya qazından asılılığını azaltmaq üçündür.