Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,05%-dən 0%-ə endirib.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə qərar bankın Frankfurtda keçirilən iclasında qəbul edilib.
Bundan başqa, depozitlər üzrə faiz dərəcəsi -0,4%-dən -0,3%-dək endirilib.
Ekspertlər isə bildirirlər ki, bu qərarla dünya bazarında qızıl, dollar, avro sürətlə ucuzlaşamağa başlayıb.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı yanvar ayında baş tutan konfransında faiz dərəcələrində dəyişiklik etməmişdi.
Ülviyyə R. Əli
www.oxu.az