Məşhur LED Screen şirkəti tezliklə Avropanın ən böyük LED monitorunu Azərbaycanda quraşdırmağı planlaşdırır.
Oxu.Az-a daxil olan məlumata əsasən, şirkət rəhbərliyi hazırda bunun üçün uyğun olan bir neçə bina və yerləri gözdən keçirir və danışıqlar aparır.
Bakı şəhərinin küləkli olmasını nəzərə alaraq bu monitorların yerləşdirilməsindən öncə konstruksiya imkanları dəqiqliklə yoxlanılacaq. Bunun üçün beynəlxalq inspeksiya şirkətləri arasında tender elan olunacaq.
Azərbaycanda LED Screen şirkətinə rəhbərlik edən Abdulla İsayevin qeyd etdiyinə görə, İstanbul Sapphire Plazaya quraşdırılmış Avropanın ən böyük led ekranı şirkətin uğurudur:
“Yeni hədəfimiz tezliklə Avropanın ən böyük monitorunun məhz öz ölkəmizdə qurulmasıdır.”
Qeyd edək ki, LEDScreen şirkəti müxtəlif daxili və xarici monitorlar, LCD video divarları, Nəzarət və İdarəetmə Mərkəzi, reklam displeyi, media və əyləncə tədbirləri və idman displeyi həlləri üçün LED video həllərini işləyib hazırlayan, istehsal edən və bazara çıxaran istehsalçıdır
Əlavə məlumatları aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
www.facebook.com/LedScreenAzerbaijan?ref=hl
LED monitorlarının fotoşəkillərini diqqətinizə çatdırırıq: 


